Bakıda yeni doğulan körpə öldü

14:45 - 15 Noyabr 2018 - Xəbər

Prokurorluqda cinayət işi başlandı

Bakıda yeni doğulan körpə ölüb. Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Səbail rayonundakı 5 saylı Kliniki Doğum Evində baş verib. Hüquq-mühafizə orqanları əməkdaşları məlumat əsasında hadisə yerinə baxış keçirib və meyit müayinə edilib.
Müayinə zamanı meyitin üzərində zorakılıq əlamətləri aşkar olunmayıb. Uşağın ölümündə həkim məsuliyyətsizliyinin olub-olmamasını müəyyən etmək üçün faktla bağlı Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıq) maddəsilə cinayət işi başlanıb.

Xəbər xətti