Deputat: “Bizi mediada bəzi reket jurnalistlər biabır edirlər”

12:40 - 15 Noyabr 2018 - Xəbər

Deputat Qüdrət Həsənquliyev Milli Məclisdə akkreditasiyadan keçmiş  bəzi parlament müxbirlərinin qeydiyyatının ləğvini tələb edib.

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər  verir ki, buna səbəb millət vəkilinin çıxışlarının təhrif olunmasıdır. O qeyd edib ki, ötən dəfə iclasların birində Milli  Məclisin işçilərinin əmək haqqının 3 faiz həcmində artırılmasını deyib: “Buradakı bəzi jurnalistər isə elə təqdim etdilər ki, guya, mən deputatların maaş davasını edirəm. 
Əslində, maaş  artırılmalıdır. Amma hesab edirəm ki, bu məsələ  başqa tərəfə yozulmamalı idi. Bizi mediada bəzi reket jurnalistlər biabır edirlər. Demədiyimiz şeyləri  tamamilə təhrif edirlər. Mən bu barədə mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu ilə danışmışam və onlar barəsində müəyyən ölçülər götürüb akkreditasiyalarının ləğv edilməsini istəmişəm”.

Xəbər xətti