Sumqayıtda avtomobildən oğurluq edən iki nəfər saxlanılıb

12:23 - 15 Noyabr 2018 - HADİSƏ

Sumqayıt şəhərində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar.

DİN Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, noyabrın 12-də gecə saat 3 radələrində Sumqayıt şəhərinin 17-ci mikrorayon ərazisində “VAZ-2107” markalı avtomobildən oğurluğa cəhd göstərən 2 nəfər ərazidə xidmət aparan Sumqayıt ŞPİ 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən cinayət başında yaxalanıblar. Araşdırmalarla onların şəhər sakinləri Ceyhun Ələkbərov və əvvəllər məhkum olunmuş Rəşad Quliyev olduqları müəyyənləşib.
Saxlanılan şəxslərin törətdikləri digər analoji cinayət əməllərinin də üstü polis əməkdaşları tərəfindən açılıb. Belə ki, onların digər şəhər sakini ilə birlikdə daha 12 avtomobildən pul, akkumulyator və sənəd oğurlamaları da müəyyən edilib.

İstintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbər xətti