Ulduz futbolçu gecə klubunda qadınlarla görüntüləndi - Foto

11:14 - 15 Noyabr 2018 - Xəbər

“Mançester Siti”nin argentinalı ulduzu Serxio Aquero “Mançester Yunayted” üzərində 3:1 hesablı qələbədən sonra  ABŞ yollanıb.

Milli komandaların oyunlarına görə yaranan fasilədən istifadə edən futbolçu şəxsi təyyarəsi ilə istirahətə  gedib. Hollivudda bir gecə klubuna gedən futbolçu dünən gecə saatlarında 4 xanımla birlikdə görüntülənib. Klubdan çıxan Aquero fotolarınını çəkildiyini görərək üzünü gizlədib. Sonra isə o, klubdan birlikdə çıxdığı 4 qadınla birlikdə avtomobilinə oturaraq oradan uzaqlaşıb.

Qeyd edək ki, Serxio Aquero əfsanəvi futbolçu Dieqo Armando Maradonanın kürəkənidir. qafqazinfo


Xəbər xətti