Bakıda qadın kirayədə qaldığı evdə qətlə yetirilib

10:46 - 15 Noyabr 2018 - HADİSƏ

Bakıda qadın qətlə yetirilib.

Ucnoqta.az Unikal.org-a istinadən xəbər verir ki, Yasamal rayonu ərazisində 1967-ci il təvəllüdlü İradə Mütəllimovanın kirayədə qaldığı evdə meyiti tapılıb. Araşdırma zamanı onun küt alətlə başına zərbələr endirilərək qətlə yetirildiyi müəyyən olunub.
Faktla bağlı Yasamal rayon Prokurorluğunda cinayət işi başlanıb.

İ.Mütəllimovanı qətlə yetirən şəxsin axtarışı davam etdirilir.

Xəbər xətti