İsrailin müdafiə naziri istefa verib

15:41 - 14 Noyabr 2018 - DÜNYA

İsrailin müdafiə naziri Aviqdor Libermanİsrail hökumətinin fələstinlilərə qarşı siyasətinə etiraz olaraq istefa verib. Bu barədə "Report" "Jerusalem Post"a istinadən məlumat verir. "Buraya, həqiqətən, müdafiə naziri vəzifəsindən istefa verdiyimi elan etmək üçün gəlmişəm", - deyə A.Liberman Knessetdə (İsrail parlamentində) keçirilən görüşdən sonra jurnalistlərə bildirib. Onun sözlərinə görə, Qəzza sektorunda atəşkəs elan edilməsi və bununla paralel vəziyyəti nizamlamağa cəhd göstərilməsi terror qarşısında təslim olmaqdır. İsrail KİV-inin məlumatına görə, A.Liberman həmçinin növbədənkənar seçkilərin keçirilməsinə çağırış etmək niyyətindədir.  Qeyd edək ki, A.Libermanın istefası ölkənin baş naziri Binyamin Netanyahunu parlament çoxluğunun dəstəyindən məhrum etmir, amma İsraildə hakim sağçı-dini koalisiyanın mandatını 120-dən 61-ə endirir və bu amil növbədənkənar seçkilərin keçirilməsinin ehtimalını artırır.

Xəbər xətti