Rafael Hüseynov: 1.5 milyon manatla kino sahəsini irəli aparmaq mümkün deyil

12:51 - 14 Noyabr 2018 - Xəbər

Azərbaycan cəmiyyətində asayişi təkcə Daxili İşlər Nazirliyi bərqərar etmir. Əgər biz insanların asudə yaşamasını istəyiriksə, mədəniyyətli olmalıyıq.

Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov parlamentin bu gün keçirilən iclasında deyib. Deputat qeyd edib: “Mədəniyyətə diqqət artırılmalı və büdcədən bu sahəyə ayrılan vəsait artırılmalıdır. Dövlət büdcəsində mədəniyyət sahəsinə ayrılan vəsait ən azı büdcənin 2 faizini təşkil etməlidir”.

Deputat bildirib ki, dövlət büdcəsində kinoya ayrılan vəsait artırılmalıdır. Onun sözlərinə görə, 1.5 milyon manatla kino sahəsini irəli aparmaq mümkün deyil: “Bizdə dublyaj sənəti də var. Dublyaj sənəti dilimizə böyük töhfələr verə bilər”.

Xəbər xətti