“Mənə görə yollar bağlandı” - Hüseyn Bakıdakı fanlarından yazdı

11:41 - 14 Noyabr 2018 - Xəbər

Rusiyanın məşhur azərbaycanlı bloqqeri Hüseyn Həsənov instaqramda Bakıdan daha bir video paylaşıb.  O, 7 milyonluq səhifəsində azərbaycanlı fanlarla görüşünü əks etdirən görüntüləri izləyiciləri ilə bölüşüb. 

Hüseyn izdihama görə hər kəsdən üzr istəyib:“Mənim Bakıda ilk fan görüşüm idi. Görüş zamanı yollar və ticarət mərkəzlərinin qarşısı bağlandı. Şəhərdə yaranan xaosa görə üzr istəyirəm. Mən sizi sevirəm”. qafqazinfo

Xəbər xətti