İranda iki nəfər edam edilib

14:21 - 14 Noyabr 2018 - DÜNYA

 İranda korrupsiya və maliyyə fırıldağında ittiham olunan qızıl-ziynət taciri Vahid Məzlumin və həmkarı Məhəmməd İsmayıl Qasimi edam olunublar. 

“Report” İran KİV-inə istinadən xəbər verir ki, İslam İnqilab Məhkəməsinin onlarla bağlı çıxardığı qərarı Ali Divan Məhkəməsi təsdiqləyib.
Edam hökmü noyabrın 14-də səhər tezdən icra edilib. Vahid Məzlumin və Məhəmməd İsmayıl Qasimi Cinayət Məcəlləsinin İranın iqtisadi sistemini pozmaq maddəsi ilə ittiham olunublar.

Qeyd edək ki, İran Məhkəmə Sisteminn sözçüsü, ETTELAAT-ın keçmiş başçısı Qulamhüseyn Möhsün-Ejeyi yerli televiziyaya müsahibəsində “dünyada korrupsiya yaymaqda” şübhəli bilinən ölkənin 3 vətəndaşı barəsində edam hökmü çıxarıldığını bildirmişdi. 

Xəbər xətti