Avtomobildə külli miqdarda dərman vasitələri aşkarlandı

10:47 - 14 Noyabr 2018 - Xəbər

Rusiya Federasiyası istiqamətindən “Xanoba” gömrük postunun gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi “Ford Transit” markalı avtomobilə gömrük baxışı keçirilib. 

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Ucnoqta.az-a verilən məlumata görə, yoxlama zamanı, avtomobilin yük yerində və salonunda gömrük nəzarətinə bəyan edilməmiş, cəmi 9034 ədəd müxtəlif adda dərman vasitələri aşkar edilib. 

Faktla bağlı araşdırma aparılır.

 


Xəbər xətti