Ana səhifə
13 Dekabr 2018

Kənd Təsərrüfatı Nazirliyi 600-ə yaxın vakant vəzifəyə qəbul elan edir

Kənd Təsərrüfatı Nazirliyi 529 inzibati vakant dövlət qulluğu vəzifəsinə qəbul elan edib. Müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları Dövlət İmtahan Mərkəzinin internet portalında yerləşdirilib.

Nazirlikdən Ucnoqta.az-a verilən məlumata görə, hazırda 57 vakant vəzifənin tutulması üzrə ümumi müsahibə mərhələsi davam edir. Müsahibə mərhələsi üzrə qeydiyyat dekabrın 5-dək davam edəcək.
Kənd Təsərrüfatı Nazirliyi aqrar sahədə ixtisas almış vətəndaşları, aqronom, bioloq, zooloq, baytar, torpaq üzrə mütəxəssis və zoomütəxəssisləri müsahibələrdə iştiraka dəvət edir. Təqdim olunan vakant vəzifələr Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidməti, Xidmətin regional bölmələri, mərkəzi icra hakimiyyəti orqanı tabeliyində olan orqanın rəhbəri, Dövlət Aqrar İnkişaf Mərkəzlərində bitkiçilik və heyvandarlıq sektoru, maliyyə-təsərrüfat sektoru, Nazirlik Aparatı və Nazirliyin tabeliyində olan qurumlar üzrə müəyyənləşib.

Tarix
14 Noyabr 2018 [10:42]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin