Ana səhifə
11 Dekabr 2018

Gürcüstandan gətirilən kartofun içərisindən külli miqdarda pirotexniki vasitələr aşkarlandı-Foto

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyatlar şöbəsinə daxil olmuş məlumat əsasında külli miqdarda pirotexniki vasitələrin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Ucnoqta.az-a verilən məlumata görə, Gürcüstandan ölkəmizə kartof yükü gətirən Azərbaycan vətəndaşı Sətdərov Sətdar Əlisahib oğlunun idarə etdiyi DAF markalı, 99 DJ 787 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin 99 ZC 556 nömrəli yarımqoşqusuna Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda gömrük baxışı keçirilib. Yoxlama zamanı yarımqoşqunun içərisindən 508 qutuda qablaşdırılan 11536 ədəd fişəng və 5 milyon 845 min ədəd müxtəlif markalı pirotexniki vasitələr aşkar edilib.

​Qeyd edək ki, gömrük orqanına yazılı və ya şifahi şəkildə bəyan olunmayan pirotexniki vasitələr yarımqoşqunun ön və arxa hissəsinə kartof yükü yerləşdirilməklə gömrük nəzarətindən gizlədilməyə çalışılıb. Faktla bağlı araşdırma aparılır.

Tarix
13 Noyabr 2018 [22:00]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin