Siyavuş Novruzov: "Şəhərlər və rayonlar öz xərclərini təmin edə bilsə, ..."

18:05 - 13 Noyabr 2018 - Xəbər

Azərbaycanda artıq bir sıra rayonlar xərclərini gəlirləri hesabına təmin edirlər.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.
​ S.Novruzov hesab edir ki, əgər rayon öz xərclərini qarşılaya bilirsə, gəlirləri bir qədər də artıq olursa, müəyyən faiz rayonun büdcəsində qalmalı və həmin vəsait sosial xərclərə sərf edilməlidir: "Bu, çox vacib məsələdir. Bizim iri şəhərlərimizin əksəriyyəti öz xərclərini özü təmin edə bilsə, dövlət büdcəsinə də yüngüllük gətirər”.trend

Xəbər xətti