Ana səhifə
13 Dekabr 2018

Flora Kərimova vida mərasimində protokol qaydalarını pozubmuş- Foto+Video

Xəbər verdiyimiz kimi, xalq artisti Amaliya Pənahova ilə vida mərasimində xalq yazıçısı Elçin Əfəndiyevlə xalq artisti Flora Kərimova arasında anlaşılmazlıq yaşanıb. Buna səbəb isə vida mərasiminə gec qatılan F. Kərimovanın yazıçının yanında əyləşməsi olub.

Ucnoqta.az Unikal.org-a istinadən xəbər verir ki, xalq artisti Flora Kərimova vida mərasimində protokol qaydalarını pozub. Belə ki, F.Kərimova mərasimə gec gəldiyindən çıxış üçün səhnəyə gedən mədəniyyət naziri Əbülfəs Qarayevin yerində əyləşib. Xalq artisti "Azdrama"nın bələdçisinin xəbərdarlığına da məhəl qoymayıb. Səhnədə olan nazir Əbülfəs Qarayev çıxışını başa vurduqdan sonra Flora Kərimovanın onun yerində oturduğunu görüb, başqa yerdə əyləşmək məcburiyyətində qalıb.
Məsələ ilə bağlı xalq yazıçısı Elçin Əfəndiyevlə əlaqə saxladıq. Xalq yazıçısı F.Kərimova ilə aralarında yaşanan mübahisəyə bir cümlə ilə cavab verəcəyini bildirib:

"Görünən dağa bələdçi lazım deyil, hər kəs hər şeyi gördü".

Tarix
13 Noyabr 2018 [15:05]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin