Ana səhifə
15 Dekabr 2018

Oqtay Əsədov: “Vergi sistemində köklü islahatlarla bağlı dövlət başçısının təqdimatları parlamentə daxil olub”

“2019-cu il üçün də dövlət büdcəsinin sosial yönümlülüyü qorunub-saxlanılıb. O cümlədən əhalinin sağlamlığı dövlətin prioritet istiqamətlərindəndir”.

Bunu Milli Məclisinin sədri Oqtay Əsədov gələn ilin dövlət büdcəsinin plenar sessiyada müzakirəsi zamanı deyib. Onun sözlərinə görə, büdcə xərclərinin 32%-i sosial yönümlüdür.

"2019-cu ildə səhiyyə xərcləri üçün 309 mln. manat ayrılıb ki, bu da 2018-ci illə müqayisədə 32% çoxdur. Bundan başqa, icbari tibbi sığorta üçün 223 mln. manat da ayrılıb. Bu onu göstərir ki, əhalinin sağlamlığı dövlətin prioritet istiqamətlərindəndir", - spiker əlavə edib.

O.Əsədov həmçinin bildirib ki, Azərbaycanda iqtisadi artım gələn il də davam edəcək: “Gələn il ümumi daxili məhsulun (ÜDM) artımı 3,6% səviyyəsində proqnozlaşdırılır. Bu riskli görünsə də, İqtisadiyyat Nazirliyinin hesablamaları, ölkədə aparılan iqtisadi islahatlar, kölgə iqtisadiyyatının aradan qaldırılması ilə bu rəqəm real ola bilər. Maktoiqtisadi proqnozlar yüksək səviyyədə hazırlanıb”.

Onun sözlərinə görə, 2019-cu ildə vergi sistemində köklü islahatların həyata keçirilməsi nəzərdə tutulur: “Bununla əlaqədar dövlət başçısının təqdimatları parlamentə daxil olub. Vergi Məcəlləsi və digər qanunlara dəyişikliklər gözlənilir. Məqsəd iqtisadi fəaliyyəti stimullaşdırmaq, kiçik və orta biznesin inkişaf etdirməkdir. Sosial sığorta və işsizlikdən sığorta haqlarının toplanmasına nəzarətin vergi orqanları tərəfindən həyata keçirilməsi, kiçik və orta sahibkarlığa vergi güzəştlərinin müəyyən edilməsi, eləcə də, özəl, qeyri-neft sektorunda çalışanların gəlir verigisindən azad edilməsi uzunmüddətli dövrdə büdcə gəlirlərinin artmasına gətirib çıxaracaq”. report

Tarix
13 Noyabr 2018 [12:49]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin