Ana səhifə
10 Dekabr 2018

Bölgələrdə işsiz və işaxtaranlara mal və materialların verilməsi davam etdirilir

Özünüməşğulluq proqramı çərçivəsində artıq 1100-dək kiçik ailə təsərrüfatı yaradılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində respublikanın bölgələrində işsiz və işaxtaran vətəndaşlara mal və materialların verilməsi prosesi davam etdirilir.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Ucnoqta.az-a verilən məlumata görə, son iki gündə müxtəlif rayon və şəhərlərdə daha 200-dən çox şəxs özünüməşğulluq proqramı çərçivəsində mal və materiallarla təmin edilib. Onlar əsasən kənd təsərrüfatı sahələri üzrə kiçik ailə təsərrüfatlarını qurublar.
Aztəminatlı ailələrin özünüməşğulluq proqramının imkanlarından faydalanmaqla fərdi təsərrüfatlar qurması onların dövlət sosial yardım proqramından asılılığının aradan qalxmasına, öz zəhmətləri hesabına ailə gəlirlərini artırmalarına və sahibkarlığa çıxış imkanı qazanmalarına imkan verib. Bu, eyni zamanda, ölkədə qeyri-neft sektorunun inkişafına, məhsul istehsalının artımına da əlavə dəstəkdir.

Ümumilikdə cari ildə özünüməşğulluq proqramı çərçivəsində respublikamızın rayon və şəhərlərində artıq 1100-dək kiçik ailə təsərrüfatı yaradılıb.

Tarix
13 Noyabr 2018 [10:25]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin