Ana səhifə
13 Dekabr 2018

Milli Məclisin bir sıra deputatı milli ordumuzun 100 illiyi ilə bağlı yubiley medalı ilə təltif olunub

Noyabrın 12-də Milli Məclisdə bir sıra deputata “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı təqdim olunub.

Çıxış edən Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu tədbirin əlamətdar günə - Konstitusiya Gününə təsadüf etdiyini bildirib. A.Təvəkküloğlu diqqətə çatdırıb ki, 2018-ci il Prezident İlham Əliyevin Sərəncamı ilə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan olunub. Bu münasibətlə həm Azərbaycanda, həm də ölkəmizdən kənarda xeyli sayda tədbirlər keçirilib. Bu tədbirlər hələ də davam edir. Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi ilə bağlı təntənəli iclas keçirildi. Bu iclasa xarici ölkələrdən xeyli sayda qonaqlar qatıldı. İyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi ilə əlaqədar möhtəşəm parad keçirildi. Paradda 100-ə yaxın xarici ölkədən nümayəndələr iştirak edirdilər. Dünyanın bir çox aparıcı informasiya vasitələri bu parad barədə reportajlar hazırladılar və informasiyalar verdilər. Bu, hər birimiz üçün qürurvericidir.

Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, general-mayor Rasim Əliyev Milli Məclisin deputatlarının ordu quruculuğu sahəsindəki fəaliyyətini yüksək dəyərləndirərək bildirib ki, Azərbaycan Ordusunun yaranmasının 100 illiyi ilə bağlı bir sıra tədbirlər keçirilir. Deputatlar həmin tədbirlərdə də fəal iştirak edirlər.

Tədbirin sonunda “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı haqqında Əsasnaməyə müvafiq olaraq Milli Məclis sədrinin müavinləri Bahar Muradovaya və Valeh Ələsgərova, parlamentin komitə sədrləri Əli Hüseynli, Ziyad Səmədzadə, Eldar İbrahimov, Hadi Rəcəbli, Əhliman Əmiraslanov, Aqiyə Naxçıvanlı, Ülvi Quliyev, Siyavuş Novruzov, Arif Rəhimzadə, İsa Həbibbəyli, Rafael Hüseynov və Səməd Seyidova, deputatlar Aydın Mirzəzadə, Aqil Abbas, Adil Əliyev, Xanlar Fətiyev, Fərəc Quliyev, Hikmət Məmmədov, Elman Məmmədov, Zahid Oruc, Bəxtiyar Sadıqov və Hacı Salayevə respublikanın müdafiə naziri Zakir Həsənovun əmri əsasında Milli Ordumuzun yaranmasının 100 illiyi ilə bağlı təsis olunmuş yubiley medalı təqdim olunub. AzərTac

Tarix
12 Noyabr 2018 [17:31]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin