Ana səhifə
11 Dekabr 2018

ABŞ Gürcüstanda hərbi aerodrom inşa edəcək

ABŞ Gürcüstanın Vaziani hərbi bazası ərazisində hərbi aerodrom inşa edəcək.

Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, bu məsələ ABŞ Nəqliyyat Komandanlığının komandanı, general Stefen Lyonsun Gürcüstanın Baş naziri Mamuka Baxtadze və müdafiə naziri Levan İzoria ilə Tbilisidə keçirdiyi görüşlərdə müzakirə olunub.
Görüşlərdə bildirilib ki, hərbi aerodromun tikintisi Gürcüstana regionda sabitliyin qarantı kimi NATO-ya üzv ölkələrin hərbçilərini qəbul etmək imkanı verəcək.

Tərəflər həmçinin ABŞ və Gürcüstan arasında strateji tərəfdaşlıq, Gürcüstanın müdafiə qabiliyyətinin gücləndirilməsi məsələlərini və həyata keçirilən birgə layihələri də nəzərdən keçiriblər. 

Tarix
12 Noyabr 2018 [16:48]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin