Ağdaşda avtomobil piyadanı vuraraq öldürüb

16:17 - 12 Noyabr 2018 - Xəbər

Ağdaşda piyadanı avtomobil vurub.

DİN-dən Ucnoqta.az-a verilən məlumata görə, noyabrın 11-də saat 8 radələrində Ağdaş rayonunun Ləki kəndi ərazisində Samux rayon sakini Ələkbər Cabbarov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Goranboy rayon sakini Ceyhun Məmmədovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər xətti