Ana səhifə
13 Dekabr 2018

Almeyda təkzib edir: "Astana"da qalıram

Azərbaycan millisinin yarımmüdafiəçisi Riçard Almeyda sports.kz saytına müsahibə verib. Matç.az xəbər verir ki, “Astana”nın üzvü “Qarabağ”a qayıdacağı ilə son müsahibəsində dediyi sözlərin düzgün başa düşülmədiyini söyləyib.

- Mövsüm başa çatar-çatmaz “Astana”dan gedəcəyiniz deyilir. Bu, doğrudumu?

- Əvvəla qeyd edim ki, çempion olmağımız böyük hadisədi. Komandadan və məşqçilər heyətindən çox razıyam. Mehriban kollektivimiz var və bunu hər oyunda göstərdik. “İrtış” üzərində də böyük hesablı qələbə qazandıq. İndi Avropa Liqasının növbəti matçına hazırlaşa bilərik. Özümü yaxşı hiss edirəm və uğurlu oyunlar gözləyirəm.

- Kiyev “Dinamo”su ilə oyunöncəsi düşərgədə ab-hava necədi?
- “Dinamo” hər zaman Ukraynanın ən güclü klublarından biri olub və güclü futbolçulara malikdi. “Yabloneç”lə oyunda xarakter nümayiş etdirdik və qələbə arzumuzun böyük olduğunu göstərdik. Sona qədər konsentrasiyanı saxlamaq lazımdı. “Dinamo” ilə qarşılaşmada işimiz çətin olacaq. Ancaq qalib gəlmək üçün əlimizdən gələni etməliyik. Çünki belədə pley-off mərhələsində vəsiqə qazanacağıq.

- “Astana”ya yeni gəldiyiniz zaman elə də uğurlu görünmürdünüz...
- “Astana”ya gəlməzdən əvvəl iki ay oyun və məşqlərdə iştirak etməmişdim. Həmin dövrdə digər futbolçular formada idi. Bu üzdən oyundan-oyuna “artırdım”. Müəyyən vaxt lazım idi. Məşqçilərə, futbolçulara təşəkkür etmək istəyirəm. Onlar kollektivə uyğunlaşmağıma kömək etdilər.

- Müsahibənizdə bildirmisiniz ki, mövsümün sonunda “Astana”dan ayrılıb, “Qarabağ”a dönməyi planlaşdırırsınız...
- Bu, şayiədi, inanmayın. Braziliyada bir jurnalistə müsahibə verdim. Demişdim ki, nə vaxtsa yenidən “Qarabağ”a qayıda bilərəm. Ancaq bunun yaxın gələcəkdə olacağını bildirməmişəm.

- “Astana”da qalacaqsınız?
- Klubla hələ daha iki illik müqaviləm var və bunun sonuna qədər burda qalmaq istəyirəm.

- “Kayrat”la oyunla bağlı təəssüratlarınız necədi?
- Bu, derbisi, hər zaman maraq doğurur. “Kayrat” yaxşı komandadı, ancaq indi Qazaxıstanın ən güclüsü “Astana”dı.

Tarix
12 Noyabr 2018 [18:47]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin