Ana səhifə
19 Sentyabr 2018

İpoteka kreditləşməsi azalıb

Azərbaycan İpoteka Fondu (AİF) yanvar-avqustda 73,2 mln manat (mənfi 7,5%) ipoteka krediti verib.

Turan informasiya agentliyi bildirib ki, Azərbaycan Mərkəzi Bankının məlumatına görə, avqustda Fondun müvəkkil bankları 6,5 mln manat kredit verib. Təkrarmaliyyələşmə 78,5 mln manat təşkil edib.

8 ayda AİF-in 40 mln manatlıq istiqrazları yerləşdirilib. Bu dövrdə Fond büdcədən sosial ipoteka üçün 20 mln manat alıb. İpoteka kreditləşməsinin piki apreldə olub –14,6 mln manat.

İlk dəfə mərkəzləşdirilmiş ipoteka kreditləşməsinə 2006-cı ilin martında başlanılıb. Təkrar maliyyələşmə üçün vəsait olmadığına görə 2007-ci ildə o dondurulub.  İki il sonra kreditləşmə bərpa edilib. Bərpadan sonra dövlət təkcə sosial ipotekaya yardım edir. Kommersiya ipotekası AİF istiqrazlarının buraxılışı hesabına maliyyələşir. AİF-in agentləri 28 bankdır. İpoteka kreditləri Azərbaycan vətəndaşlarına, 50 min manata qədər, 25 ilədək müddətə, illik 8%-dən çox olmamaqla verilir. Güzəştli kreditlər 50 min manatadək, 30 ilə qədər müddətə, illik 4%-dək dərəcə ilə verilir.

Azərbaycan İpoteka Fondu 2013-cü ildə 112,9 mln manat kredit verib. Hər il sosial ipotekaya 40 mln büdcə vəsaiti ayrılır.

 

Tarix
10 Oktyabr 2014 [13:00]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin