Külli miqdarda xarici valyutanın ölkədən çıxarılmasının qarşısı alınıb

12:09 - 12 Noyabr 2018 - Xəbər

Cənub Ərazi Baş Gömrük İdarəsi Astara gömrük postunda İran İslam Respublikasına gedən Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçərkən özünü şübhəli və narahat apardığı üçün saxlanılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Ucnoqta.az-a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş üzərində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmet, o cümlədən valyutanın olmadığını bildirib.
Yoxlama zamanı, onun üzərindən, əynində olan alt paltarından gömrük nəzarətindən gizlədilmiş, ümumilikdə 20 000 ABŞ dolları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti