FHN xilasediciləri çarpayıdan yıxılan qadına kömək etdi

11:10 - 12 Noyabr 2018 - HADİSƏ

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Yasamal rayonunda çarpayıdan yıxılan ağırçəkili qadına müvafiq köməkliyin göstərilməsi üçün müraciət daxil olub.

FHN-dən verilən məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qrupu göstərilən ünvana gələrək vətəndaşa müvafiq köməklik göstərib.
Əməliyyat başa çatıb.

Xəbər xətti