Şabranda “cin çıxarma” adı ilə ruhi xəstəni döyüb öldürdülər

10:54 - 12 Noyabr 2018 - HADİSƏ

Şabranda qətl hadisəsi baş verib.

Ucnoqta.az Oxu.Az-a istinadən xəbər verir ki, Bakı şəhər sakini Murad Şahin oğlu Soltanovun üzərində müxtəlif xəsarətlər olan meyiti yaşadığı kirayə evdə aşkarlanıb. Polis əməkdaşlarının araşdırması zamanı müəyyən edilib ki, Şabran rayon sakinləri - Füzuli Qəribov, Vüsal İbrahimov, Aprel Xəlilov, Sahib Xəlilov, Əfqan Tarverdiyev və Cəmil Qayıbov əlbir olaraq psixi xəstəlikdən əziyyət çəkən Murad Soltanovu “cin çıxarma” müalicə üsulu ilə sağaltmaq adı ilə bədəninin müxtəlif nahiyələrinə çubuqla vuraraq xəsarətlər yetiriblər.
Murad Soltanov aldığı xəsarətlərdən ölüb.

Baş verən hadisə ilə bağlı Şabran rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq gedir.

Xəbər xətti