Bu yolda sürət həddi azaldıldı

10:07 - 12 Noyabr 2018 - Xəbər

Bakıda qeyri-sabit hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospektində sürət həddi azaldılıb.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Ucnoqta.az-a verilən məlumata görə, hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh avtomagistralında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.Məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir.
BNA sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edir: "Eyni zamanda, piyadalara yolun hərəkət hissəsinə çıxmamağı və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik".

Xəbər xətti