Məşhur rusiyalı futbolçu karyerasını başa vurub

09:38 - 12 Noyabr 2018 - İDMAN

Məşhur rusiyalı futbolçu Andrey Arşavin karyerasını başa vurduğunu bəyan edib.

Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, Arşavinin sonuncu klubu Qazaxıstanın “Kayrat” klubu idi. Qazaxıstan klubunu heyətində 3 ilə 100-dən çox matç keçirən, 30 qol vurub və 37 məhsuldar ötürmə ilə yadda qalan Andrey 3 dəfə Qazaxıstan çempionatının gümüş medalını, ölkə Kubok və Superkubokunun sahibi olub.

Rusiya millisinin heyətində 2008-ci il Avropa Çempionatının bürünc mükafatını qazanıb.

Xəbər xətti