“Barselona” doğma meydanda məğlub olub

22:08 - 11 Noyabr 2018 - İDMAN

İspaniya La Liqasında 12-ci turunda “Barselona” dogma meydanda “Betis” komandasını qəbul edib.

Matçın birinci taymı qonaqların 2:0 hesablı üstünlüyü ilə başa çatıb. 20-ci dəqiqədə Junior, 34-cü dəqiqədə isə Xoakin qola imza atıb. 68-ci dəqiqədə Messi penalti zərbəsindən hesabda fərqi azaltsa da, 3 dəqiqə sonra Lo Selso yenidən top fərqini artırıb.
79-cu dəqiqədə Vidal "Barselona"nın ikinci qolunu vurub. 81-ci dəqiqədə Rakitiç ikinci sarı vərəqə alaraq meydandan qovulub. Cəmi 2 dəqiqə sonra qonaqlar müdafiədəki boşluqdan istifadə edərək dördüncü qolu vurublar. Bu dəfə Serxio Kanales fərqlənib. Əsas vaxta əlavə olunan dəqiqələrdə Messi komandasının üçüncü qolunu vursa da, “Barselona” doğma meydanda “Betis“ə məğlub olub.
​Hazırda “Barselona” 24 xalla birinci yerdə, “Betis” isə 16 xalla 12-ci pillədə qərarlaşıb.

Xəbər xətti