Ağstafada iki avtomobil toqquşub

13:02 - 11 Noyabr 2018 - HADİSƏ

Ağstafa rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, Bakı-Qazax avtomobil yolunun Ağstafa rayonu ərazisindən keçən hissəsində 2 avtomobilin toqquşması nəticəsində 1957-ci il təvəllüdlü Şəmkir rayon sakini Telman Mustafayev müxtəlif bədən xəsarətləri alıb. Xəstəxanaya müraciət edən T.Mustafayevə tibbi yardım göstərilib və hazırda vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti