Gəncədə 58 yaşlı qadın özünü asıb

10:50 - 10 Noyabr 2018 - HADİSƏ

Gəncə şəhərində intihar hadisəsi baş verib. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, Daşkəsən rayon sakini, 1960-cı il təvəllüdlü Brilliant Abbasova Gəncə şəhərində yaşadığı evin çardağından özünü mələfə ilə asaraq intihar edib. Onun özünü öldürməsinin səbəbi hələlik məlum deyil. Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Xəbər xətti