"Qarabağ" Ukraynadan 3 xalla qayıdır

01:58 - 9 Noyabr 2018 - İDMAN

“Qarabağ” Avropa Liqasının qrup mərhələsində ilk qələbəsini qazanıb.

Qurban Qurbanovun yetirmələri ilk xallarını IV turda əldə edib. Azərbaycan çempionu ardıcıl 3 məğlubiyyətdən sonra Ukraynada “Vorskla” ilə görüşüb. 1/16 final şanslarını qorumaq üçün qalib gəlməli olan təmsilçimiz vəzifənin öhdəsindən gəlib. Araz Abdullayevin 12-ci dəqiqədə penaltidən vurduğu top matçın taleyini həll edib. 1:0 hesablı qələbə “Qarabağ”ı 4-cü pillədə saxlasa da, mərhələ keçməyə şanslarını qoruyub.
Oyun xoşagəlməz hadisələrlə də yadda qalıb. Görüş iki dəfə azarkeşlərin pirotexniki vasitələrdən istifadə etməsi üzündən dayandırılıb. Nəticədə ikinci hissəyə 12 dəqiqə əlavə edilib.

Avropa Liqası Qrup mərhələsi,
IV tur E qrupu,
8 noyabr

"Vorskla" (Ukrayna) - "Qarabağ" (Azərbaycan) - 0:1
​Qol: Araz Abdullayev, 12-p.

Xəbər xətti