Ana səhifə
17 Noyabr 2018

ETSN vətəndaşlara pulsuz ağac tingləri paylayacaq

Ölkə Prezidentinin yeni yaşıllıqların salınması ilə bağlı tövsiyə və göstərişlərinə uyğun olaraq, ağac əkilməsinin təşviqi məqsədilə “Hər ailə ağac əksin” devizi altında bayram günlərində vətəndaşlara Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən pulsuz ağac tingləri paylanılacaq.

ETSN-dən Ucnoqta.az-a verilən məlumata görə, aksiya 9, 12, 17 noyabrda saat 10:00-dan 12:00-dək Xırdalan şəhəri və Saray, Ramana, Hövsan qəsəbələrində keçiriləcək və müxtəlif cinsli ağac tingləri vətəndaşlara paylanılacaq. Ağacların əkilməsi və qulluq göstərilməsi qaydalarına dair vətəndaşlara ETSN-in mütəxəssisləri tərəfindən tövsiyyələr veriləcək.

Ağac tingləri Xırdalanda 1 nömrəli məktəbin, Ramanada 316 nömrəli məktəbin həyətlərində, Sarayda Vəli Axundov adına parkda, Hövsanda Hövsan parkında paylanılacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi vətəndaşları aksiyada fəal iştirak etməyə çağırır.

Tarix
8 Noyabr 2018 [19:07]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin