Ana səhifə
17 Noyabr 2018

Ucarda avtomobil 42 qoyunu vurub öldürüb

Ucar rayonunda mikroavtobus qoyun sürüsünə girib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, belə ki, noyabrın 8-də saat 3 radələrində Ucar rayonunun Müsüslü kəndi ərazisində Ağdam rayon sakini Yusifəli İsmayılov idarə etdiyi “Ford Transit” markalı avtomobillə qəflətən yolun hərəkət hissəsinə çıxıb, Ucar rayon sakini Qurban Hacıyevə məxsus qoyun sürüsünü vurub və nəticədə 42 baş qoyun tələf olub.

Y.İsmayılov izahatında dövlət qeydiyyat nişanlarını görmədiyi “KamAZ” markalı avtomobilin də heyvan sürüsünün üzərindən keçərək getməsini bildirib.

Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

Tarix
8 Noyabr 2018 [14:51]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin