Ana səhifə
17 Noyabr 2018

Dövlət Bayrağı Günü ilə bağlı dənizdə fleşmob təşkil edilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) təşkilatçılığı ilə 9 noyabr – Dövlət Bayrağı Günü ilə əlaqədar Dənizkənarı Milli Parkın yaxınlığında yelkənli qayıqların fleşmobu keçirilib.

Fleşmobda ASCO-nun “Xəzər” yelkənli idman klubuna məxsus qayıqlar iştirak edib. Üçrəngli bayrağımıza bürünən qayıqlar iki saat ərzində açdıqları yelkənlərlə Xəzərə də özgə bir yaraşıq veriblər. Yelkənçilərin yaratdığı mənzərəni paytaxt sakinləri böyük maraqla izləyiblər.
Aksiyanın keçirilməsində əsas məqsəd vətənpərvərlik ruhunun yüksəldilməsi, dövlət bayrağına sevgi və hörmətin aşılanmasıdır.

Fleşmobun videoçarxını təqdim edirik.

Tarix
8 Noyabr 2018 [14:47]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin