Türkiyədə ər azərbaycanlı arvadını öldürüb intihar etdi

14:00 - 7 Noyabr 2018 - HADİSƏ

Türkiyənin Iğdır şəhərində dəhşətli ailə dramı baş verib. Dini nikahla yaşadığı qadını öldürən ər özü də intihar edib.

Hadisə Iğdırın Karakoyunlu qəsəbəsi yaxınlığında yerləşən Şıraçı kəndində baş verib. 35 yaşlı Taner Parlar Azərbaycan əsilli, iki uşaq anası olan  arvadı Heyran Hüseynovanı tapançadan atəş açaraq öldürüb.

Hadisə yerində aparılan araşdırmalardan sonra ər və arvadın cəsədləri Ərzurum Ədliyyə İdarəsinin morquna aparılıb.oxu.az

Xəbər xətti