Ana səhifə
17 Noyabr 2018

Naxçıvanda 105 kq narkotik vasitənin Türkiyəyə keçirilməsinin qarşısı alınıb- Foto

Naxçıvan gömrükçüləri külli miqdarda narkotik vasitənin Muxtar Respublika ərazisindən tranzit keçməklə qaçaqmalçılıq yolu ilə aparılmasına növbəti cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Ucnoqta.az-a verilən məlumata görə, narkotik qaçaqmalçılığı faktı Culfa gömrük-sərhəd buraxılış məntəqəsində qeydə alınıb. Belə ki, Naxçıvana gələn 1967-ci il təvəllüdlü Türkiyə vətəndaşı Bəkir Koroğlunun idarə etdiyi 79 EE 567 dövlət nömrə nişanlı "Renault" markalı yük maşınına rentgen qurğusu vasitəsilə gömrük baxışı həyata keçirilən zaman qoşqunun döşəmə hissəsinin təsvirləri əsasında gizli saxlanc yerləri müəyyən olunub.

Gömrükçülər qoşqunun şübhəli hissəsinə fiziki baxış həyata keçirilərkən 104 bükümdə qablaşdırılaraq xüsusi qaydada gizlədilmiş ümumi çəkisi 105,4 kq narkotik vasitə - heroin aşkar edərək götürüb.

Narkotik yüklü avtonəqliyat vasitəsinin Naxçıvan ərazisindən tranzit keçməklə Türkiyə gedəcəyi müəyyən olunub. Saxlanılan şəxs ilkin ifadəsində narkotik vasitəni İstanbul şəhərinə aparacağını deyib.

Faktla bağlı Naxçıvan DGK-nın İstintaq şöbəsi Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) cinayət işi açıb.

Tarix
7 Noyabr 2018 [12:43]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin