Gəncədə sərnişin avtobusu qəzaya düşüb, yaralılar var

12:28 - 7 Noyabr 2018 - HADİSƏ

 Gəncə şəhərində sərnişin avtobusu qəzaya düşüb.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində, baş verib. Belə ki, şəhər daxilində sərnişin daşıyan "İsuzu" markalı avtobusla "VAZ-21015" markalı minik avtomobili ilə toqquşub.  Hadisə şahidlərinin verdiyi məlumata görə, qəza nəticəsində bir neçə nəfərin xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırlılb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti