Sumqayıtda "KamAZ" iki piyadanı vurub

21:28 - 6 Noyabr 2018 - HADİSƏ

Sumqayıtda "KamAZ" iki piyadanı vurub.

DİN-dən verilən məlumata görə, noyabrın 5-də saat 17 radələrində Sumqayıt şəhəri ərazisində şəhər sakini Spartak Cəbiyev idarə etdiyi “KamAZ-55111” markalı avtokranla yolu keçən həmyerliləri Elvin Ağayevi və Rasim Rüstəmlini vurub. Nəticədə E.Ağayev hadisə yerində ölüb, R.Rüstəmli xəstəxanaya yerləşdirilib.
​Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər xətti