Ana səhifə
17 Noyabr 2018

Kinematoqrafçılar İttifaqının təsis etdiyi “Rasim Ocaqov” təqaüdü xalq artistinin tələbəsinə verilib

“Rasim Ocaqov” təqaüdünün veriləcəyi növbəti tələbənin adı bəlli olub.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı Xalq artisti, SSRİ və Azərbaycanın Dövlət Mükafatları Larueatı, kinorejissor  Rasim Ocaqovun adına təsis etdiyi “Rasim Ocaqov” təqaüdü yeni tədris ili üçün kinorejissor ixtisası üzrə təhsil alan tələbəyə verib. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri Əli Vəliyev Ucnoqta.az-a bildirib ki, görkəmli kinorejissorun adına olan təqaüdə Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin qərarı ilə ən yaxşı oxuyan, istedadı ilə fərqlənən, xalq artisti Vaqif Mustafayevin tələbəsi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 4-cü kurs tələbəsi Allahverdiyev Rəhman Fürqət oğlu layiq görülüb.

Qeyd edək ki, təqaüdə layiq görülən tələbə təhsilini bitirənə qədər bu təqaüddən yararlanacaq.

Tarix
6 Noyabr 2018 [16:09]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin