"Barselona"dan Villiana yeni təklif

22:00 - 5 Noyabr 2018 - İDMAN

"Barselona" "Çelsi"nin futblçusu Villianı transfer etmək üçün London klubuna növbəti təklif göndərib.

.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Kataloniya təmsilçisi 30 yaşlı oyunçu üçün 40 milyon avro və Malkomu təklif edib. Bu isə ümumilikdə 80 milyon avro deməkdir. Çünki "Barsa" bu yay transfer etdiyi Malkom üçün 40 milyon avro təzminat ödəmişdi.
​Qeyd edək ki, "Çelsi" bundan əvvəl "Barelona"nın Villian üçün göndərdiyi 60 milyon avroluq təklifi rədd etmişdi.

Xəbər xətti