“Vorskla” – “Qarabağ” görüşünün hakimləri müəyyənləşib

14:47 - 5 Noyabr 2018 - İDMAN

Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda keçiriləcək “Vorskla” – “Qarabağ” görüşünün hakimləri müəyyənləşib. 

Qol.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, matçı isveçrəli hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi Sandro Şarer olacaq. Ona Stefan De Almeyda və Bekim Zoqay köməklik edəcək. Raffael Zeder dördüncü hakim funksiyasını yerinə yetirəcək. Əlavə köməkçi hakimlər isə Alain Bieri və Lukas Fandrix olacaq.

Qeyd edək ki, noyabrın 8-də Poltovoda keçiriləcək “Vorskla” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə 00:00-da start götürəcək.

Xəbər xətti