Ana səhifə
22 Avqust 2018

Azərbaycanda kompüterlərin virusa yoluxma halları qonşu ölkələrdən daha azdır

“Kasperski Laborotoriyası” şirkətinin kompüterlərin virusa yoluxma halları üzrə keçirdiyi araşdırmalar nəticəsində tərtib edilmiş reytinqdə Azərbaycan 44-cü yeri tutub.
 


Ucnoqta.az –ın məlumatına görə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib ki, ölkədə kompüterlərin virusa yoluxma halları OAS, WAV, ODS, MAV, IDC , VUL proqramları tərəfindən aşkar olunub.

Qeyd edək ki, qonşu Rusiya bu reytinqdə 1-ci, Qazaxıstan – 15-ci, Ukrayna 17-ci, Türkiyə 20-ci, İran 28-ci, Gürcüstan 91-ci yerdə qərarlaşıblar. Virusa yoluxma reytinqində ilk beşliyə Rusiyadan sonra ABŞ, Hindistan, Vyetnam və Almaniya daxildir.

Azərbaycanın bu siyahıda 44-cü yerdə qərarlaşması ölkənin informasiya texnologiyaları sektorunun inkişaf etdiyinin və təhlükəsizliyinin təmin edilməsinin göstəricisidir.

Tarix
13 Dekabr 2014 [20:50]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin