Tovuzda naməlum kişini qatar vuraraq öldürüb - FOTO

10:35 - 5 Noyabr 2018 - HADİSƏ

 Tovuz rayonunda orta yaşlı kişini qatar vuraraq öldürüb.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə dəmir yolu xəttinin Dondar Quşçu kəndi ərazisindən keçən hissəsində baş verib. Belə ki, hələlik şəxsiyyəti məlum olmayan orta yaşlı kişi hərəkətdə olan qatarın altında qalaraq ölüb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit muayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Tovuz rayon şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb. 


Xəbər xətti