Bakıda biznes mərkəzdə yanğın olub

15:54 - 4 Noyabr 2018 - HADİSƏ

Bakı şəhərinin Nərimanov rayonunda biznes mərkəzdə yanğın qeydə alınıb.

​ FHN-dən verilən məlumata əsasən, altımərtəbəli binanın divar üzlüyü 36 m2sahədə və yaxınlıqda quraşdırılmış reklam lövhəsi 2 m2 sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti