Şəkidə iki avtomobil toqquşub- xəsarət alanlar var

09:33 - 4 Noyabr 2018 - HADİSƏ

Şəki rayonunda yol qəzası nəticəsində iki nəfər xəsarət alıb.

 Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, hadisə bu gün səhər saat 06:00 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistiral avtomobil yolunun Şəki rayonu, Böyük Dəhnə kəndi ərazisindən keçən hissəsində olub. İki avtomobilin toqquşması nəticəsində Şəki kənd sakinləri - 1982-ci il təvəllüdlü Xudaverdiyev Teymur İsmayıl oğlu və 1996-cı il təvəllüdlü Eminov İlqar Nəbican oğlu aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Xəstəxanadan bildirilib ki, yaralıların vəziyyətləri orta-stabil qiymətləndirilir, hazırda onların müayinələri aparılır.

​Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti