AİBA-nın yeni prezidenti seçilib

21:49 - 3 Noyabr 2018 - İDMAN

Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Süleyman Mikayılov AİBA-nın İcraiyyə Komitəsinə üzv seçilib

Ucnoqta.az Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, Özbəkistanlı Qafur Rəhimov Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) prezidenti seçilib. Qurumun Rusiyanın paytaxtı Moskvada keçirilən Konqresində onun yeganə rəqibi AİBA-nın qazaxıstanlı vitse-prezidenti Serik Konakbayev olub.
Bu ilin yanvarından prezident vəzifələrini icra edən Rəhimov seçkidə 134 səsdən 86-nı toplayıb. Onun prezident səlahiyyətləri 2022-ci ilədək davam edəcək.

Konqresdə ölkəmiz Azərbaycan Boks Federasiyasının (ABF) vitse-prezidenti Süleyman Mikayılov və baş katib Nağı Səfərovla təmsil olunub.
ABF-in vitse-prezidenti S. Mikayılov növbəti 4 il üçün AİBA-nın İcraiyyə Komitəsinin üzvü seçilib. O, ardıcıl üçüncü dəfə ölkəmizi beynəlxalq qurumun icraedici orqanında təmsil edəcək.

Qeyd edək ki, İcraiyyə Komitəsinin AİBA-ya üzv olan 205 ölkədən 14 üzvü var.

Xəbər xətti