Şəkidə sərxoş şəxs su arxına yıxılaraq boğulub

18:04 - 3 Noyabr 2018 - HADİSƏ

Şəkidə su arxından meyit tapılıb.

Hadisə şəhərin M.Ə.Rəsulzadə küçəsində baş verib. Şəki şəhər sakini, 1971-ci il təvəllüdlü Hacımollayev Telman Nurəli oğlunun meyiti həmin küçədəki su arxından aşkar edilib.
Faktla bağlı Şəki rayon Prokurorluğunun apardığı araşdırma zamanı məlum olub ki, T.Hacımollayev noyabrın 1-də gecə saat 22 radələrində evində spirtli içki qəbul edərək evdən çıxıb və həmin küçədə su arxına yıxılaraq boğulub ölüb.

Faktla bağlı araşdırmalar davam edir.trend

Xəbər xətti