Ana səhifə
18 Noyabr 2018

Rusiya Ermənistanda irimiqyaslı təlim keçirəcək

Cənub Hərbi Dairəsinin (CHD) Rusiya hərbi bazasının bütün hissələrinin iştirakı ilə oktyabrın 13-dən 19-dək irimiqyaslı təlimləri ilk dəfə Ermənistanda keçiriləcək. Bu barədə Novosti-Armeniya CHD-nin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Yay təhsili dövrünün yekun imtahanları olacaq Qafqazdakı təlimlərdə 3 minə yaxın hərbi qulluqçu, 500 ədəd hərbi və xüsusi texnika iştirak edəcək. Eləcə də təlimlərdə Yerevandakı Erebuni hərbi aerodromunda cəmləşmiş Rusiya aviasiya birləşmələrinin “MiQ-29” müasir qırıcılarının dördüncü nəsli iştirak edəcək.

Məlumata görə, təlimlərdə əsas məqsəd birləşmələrin hərbi hazırlığının yoxlanmasıdır. Taktiki təlimlər zamanı Rusiya hərbi qulluqçuları zirehli tank və avtomobil texnikasının müxtəlif növlərində min kilometr marş həyata keçirəcək, 30 mindən çox artilleriya mərmisi atacaq, avtomatik toplardan və böyuk kalibrli pulemyotlardan 300 min atəş açacaqlar.

 

Tarix
10 Oktyabr 2014 [12:51]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin