Bakı-Quba yolunda maşın aşdı - 20 ton xurma yerə töküldü

10:12 - 3 Noyabr 2018 - HADİSƏ

Bakı-Quba yolunda xurma maşını aşıb.

Ucnoqta.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Quba yolunun Siyəzən ərazisindən keçən hissəsində Rüfət Şabanova məxsus  yük maşını qəza törədib. Yük maşınında olan 20 ton xurma yola tökülüb. Sahibkara ciddi ziyan dəyib. Xurma yeşikləri sınıb və məhsul əzilib. Xurma ilə bərabər yük maşınına da ziyan dəyib.

Qeyd edək ki, yüklə dolu olan xurma qonşu Rusiya bazarına aparılacaqdı. 
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti