Rusiyada sərnişin qatarı yük maşını ilə toqquşub: 18 yaralı

09:43 - 3 Noyabr 2018 - DÜNYA

Rusiyanın Krasnodar diyarında sərnişin qatarı yük maşını ilə toqquşub.

Sərnişin qatarının yük maşını ilə dəmir yolu keçidinə çıxması nəticəsində baş verən toqquşmada maşinist, maşinistin köməkçisi, avtomobilin sürücüsü və qatarın 15 sərnişini xəsarət alıblar. Maşinist, maşinistin köməkçisi və avtomobilin sürücüsü xəstəxanaya yerləşdiriliblər, sərnişinlər isə yüngül xəsarətlərlə tibbi yardım üçün müraciət ediblər.

Bildirilir ki, toqquşma Timaşevskya və Vedmidovka stansiyaları arasında olan keçiddə baş verib.

Xəbər xətti