Şəkidə 39 yaşlı kişi intihar edib

20:16 - 2 Noyabr 2018 - HADİSƏ

Şəki şəhərində 39 yaşlı kişi intihar edib.

Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, hadisə bu gün şəhərin Əfəndiyev küçəsi, ev 11 ünvanında baş verib. Belə ki, həmin ünvanda yaşayan, 1979-cu il təvəllüdlü Sadiq Tofiq oğlu Məmmədkərimov özünü asaraq öldürüb. İntiharın səbəbləri məlum deyil.

Faktla bağlı Şəki rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma ) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Xəbər xətti